Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının bütün oyunları İctimai televiziyada canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, bu barədə xəbər televiziyanın rəsmi saytında yerləşdirilib.
Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-dək olan müddətdə keçiriləcək.
