Braziliya millisinin baş məşqçisi Dunqa “Barselona”nın şərəfini qoruyan həmyerlisi Neymarın hazırda dünyanın ən yaxşı futbolçusu olduğunu düşünür.
Korner.az-ın məlumatına görə, çalışdırıcı deyib ki, Messi və Ronaldo bu mövsüm hələ ki özlərini göstərə bilməyiblər.
“Neymar bu gün Kriştiano Ronaldonu da, Messini də geridə qoyub. Bunu statistikaya əsaslanaraq da demək olar. Neymar daha faydalıdır. Messinin səhhətində problemlər var, Ronaldo isə ötənilki formasından çox-çox uzaqdır. Əvəzində, Neymar hər gün daha çox diqqət çəkir. Onun “Vilyareal”a vurduğu qolu görəndə dedim ki, onun bu cür oyununu millidə də izləmək necə gözəl olardı. O cür hərəkətlər futbolun bəzəyidir , deyə Dunqa bildirib.
