“Dundalk”da itki
30.07.2019 , 18:44

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Dundalk” itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, “Dundalk”ın futbolçusu Robbi Benson zədə səbəbi ilə cavab oyununda çıxış etməyəcək.”Qarabağ”la oyunda zədələnən yarımmüdafiəçi Bakıya gətirilməyib.
“Qarabağ” – “Dundalk” oyunu sabah saat 21:00-da “Dalğa Arena”da start götürəcək.
