“Qarabağ”la oyundan sonra Gəncəyə qayıdan “Kəpəz” dünən Gəncədə məşq edib.
Korner.az-ın məlumatına görə, məşqçilər korpusu Ağdam klubu ilə görüşdə forma geyinməyən futbolçuları meydana çıxarıb. Hazırlıq prosesi yüngül formada keçib. Bu gün istirəhət edəcək komanda üzvləri dekabrın 10-dan məşqlərə başlayacaq. Məşq saat 15:00-a təyin olunub.
Qeyd edək ki, “Kəpəz” 16 oyundan sonra 9 xalla sonuncu pillədə qərarlaşan “Kəpəz” turnir cədvəlində qonşu olduğu “Sumqayıt”dan 5 xal geri qalır.
