Dumfris Halandı geridə qoydu, ilk 30-luğa düşdü
08.10.2025 , 13:45
“İnter” və Niderland millisinin müdafiəçisi Denzel Dumfris 2025-ci ilin “Qızıl Top” səsverməsində Erlinq Halandı qabaqladığı üçün təəccübünü ifadə edib.
Korner.az xəbər verir ki, səsvermənin yekunlarına görə, Dumfris 25-ci, “Mançester Siti”nin norveçli hücumçusu Haland isə 26-cı yerdə qərarlaşıb.
Niderlandlı futbolçu açıqlamasında bu nəticəni qürurla qarşıladığını bildirib:
“Dünyanın ən güclü futbolçularının arasında ilk 30-luğa düşmək mənim üçün böyük şərəfdir. Vau, səsvermədə Halandı qabaqladım! Bu, mövsüm ərzində çoxsaylı uğurlu oyunların ardından mənim üçün bayram anı oldu”.
Qeyd edək ki, “Qızıl Top” mükafatını PSJ-nin fransalı futbolçusu Osman Dembele qazanıb.