Amerikanın Milli Basketbol Asossiyasıyasında (NBA) mübarizə aparan “Chikago Bulls” komandası hücumçusu Dueyn Ueyd ilə yollarını ayırır. Bu barədə xarici KİV orqanları məlumat verib.
“Çikaqo”nun əsas oyunçuları Rajan Rondo və Cimi Batlerin komandadan ayrılmasından sonra Ueyd də onların ardınca getməyi qərara alıb. Məlumata görə, basketbolçu ilə komanda arasında mövcud saziş ləğv edilib. Beləliklə, təcrübəli oyunçu “azad agent” statusu daşıyır.
Ueyd ilə “Cleveland Cavaliers”, “Oklahoma City Thunder”, sabiq komandası “Miami Heat” və “San Antonio Spurs” komandası maraqlanır
