UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Lüksemburq “Düdelanj”ı heyətinə yeni futbolçular cəlb edib.
Korner.az-ın məlumatına görə, sözügedən komanda Almaniyanın “Kayzerslautern II” klubundan yarımmüdafiəçi Mario Pokaranı, yerli “Jeness”dən Momara N`Ndiaye və Brayan Melisseni transfer edib.
“Rodanja”nın qapıçısı Co Frizinqa isə isarəyə götürülüb.
