“Düdelanj”dan “Qarabağ” azarkeşləri üçün 30 avroluq biletlər
26.09.2019 , 18:08
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunda oktyabrın 3-ü səfərdə Lüksemburqun “Düdelanj” klubunun qonağı olacaq.
Korner.az xəbər verir ki, “Qarabağ”ı səfərdə dəstəkləyəcəkazarkeşlər bileti oyun günu qonaq sektoru önündə satış məntəqəsindən biletlərini əldə edə bilər.
Lüksemburq klubu biletlərin qiymətini 30 avro müəyyənləşdirib.