big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Düdelanj” – “Qarabağ”: faktlar

27.09.2019 , 15:22

FutbolPress“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.

UEFA-nın saytı oktyabrın 3-ü “Stade Josy Barthel”də keçiriləcək qarşılaşmanın afişasını hazırlayıb:

– “Düdelanj” qrup mərhələsinin ilk oyununda səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub etdi.

– “Düdelanj” Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk Lüksemburq klubu oldu.

– “Qarabağ” isə qrup mərhələsinin ilk turunda evdə “Sevilya”ya 0:3 hesabı ilə uduzub.

Əvvəlki oyunlar:

– Bu komandalar üç mövsüm əvvəl Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşıb. “Qarabağ” evdə 2:0 hesabı ilə qalib gəldi, “Stade Jos Nosbaum”da 1:1 hesablı heç-heçə etdi. Bu nəticə Qurban Qurbanovun komandasını növbəti mərhələyə yüksəltdi.

“Düdelanj”

– “Düdelanj” ötən mövsüm 15-ci dəfə ölkə çempionu oldu. Ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində ÇFR-i mübarizədən kənarlaşdırmaqla qrup mərhələsinə vəsiqə qazanan ilk Lüksemburq klubu oldu. Qrupda keçirdikləri beş oyunda uduzdular, yalnız “Real Betis”lə 0:0 hesablı heç-heçəyə nail oldular.

– “Düdelanj” ötən mövsümdə olduğu kimi, bu il də Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırdı. Komanda “Valetta” ilə oyunlarda mübarizəni dayandırdı (2:2, 1:1). Avropa Liqasında “Düdelanj” Şimali Makedoniyanın “Şkendiya”, Estoniyanın “Nomme Kalyu” və pley-offda Ermənistanın “Ararat” klubunu mübarizədən kənarlaşdırdı.

– “Düdelanj” Avropda son beş ev görüşünü uduzmayıb – iki qələbə, üç heç-heçə. Ötən mövsüm komanda qrup mərhələsinin ev oyunlarında qol vurmayıb.

“Qarabağ”

– “Qarabağ” son Azərbaycan çempionudur. Onlar 2018/19 mövsümündə “Neftçi”ni 8 xal qabaqlayaraq 7-ci dəfə çempion oldular. Bununla yanaşı, 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəliblər. Komanda ötən mövsüm “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə eyni qrupda mübarizə apardı və 3 xal topladı. “Qarabağ” Avropada ən ağır məğlubiyyətini “Sportinq”ə 1:6 hesabı ilə uduzmaqla aldı.

–  “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlasa da, III mərhələdə APOEL (Kipr) səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.

–  “Qarabağ” daha əvvəl qrup mərhələsini heç vaxt adlaya bilməyib.

– “Qarabağ” Avropa Liqasının qrup mərhələlərində səfərdə keçirdiyi 12 oyunun 3-də qələbə qazanıb (3 qələbə, 1 heç-heçə, 8 məğlubiyyət).

Bağlantılar:

– “Düdelanj” və “Qarabağ” son iki mövsüm ölkələrini qrup mərhələlərində təmsil edən yeganə klublardır.

– “Düdelanj”ın qapıçısı Conat Juber 40 yaş 7 günlüyündə APOEL-lə matçda meydana çıxdı. O, bu turnirdə oynayan ən yaşlı 11-ci futbolçu oldu. Bu yarışın ən yaşlısı “Tottenhem”in heyətində 2013/14 mövsümündə Moldova “Şerif”inə qarşı oynamış Bred Frideldir. Amerikalı qapıçı 42 yaş 173 günündə meydana çıxmışdı.

Baş məşqçilər:

– Belçika millisinin sabiq futbolçusu Bertrand Krasson həmyerlisi Emilio Ferreranın istefasından sonra baş məşqçi postuna gəldi. Keçmiş müdafiəçi Belçika yığmasında 26 oyun keçirib və DÇ-1998-in iştirakçısı olub. Bu ilin sentyabrından “Düdelanj”ın məşqçilər korpusunda yer alır. “Düdelanj” Krassonun rəhbərliyi altında ilk dəfə qrup mərhələsində qələbə qazandı.

–  Qurban Qurbanov Azərbaycan millisində 68 oyuna 14 qol vurmaqla yığma tarixində bombardir ünvanına sahibdir. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan “Qarabağ” klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir. Bunlardan biri Çempionlar Liqası qrupu olub. O, Çempionlar Liqasının qruplarına qalan ilk azərbaycanlı baş məşqçidir. 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırmışdı.

Son yazılar

To Top