big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Duanın qüdrəti

23.07.2012 , 12:50

Azərbaycan futbolu kimi sırtıq məxluqat görmədim yer üzündə. Nə elədilər, düzəlmədi ki, düzəlmədi… Pulu kəsdilər ki futbolçular getsinlər xaricdə oynasınlar, ad-san qazanaq – onlar da 1-2 il gün keçirib qayıtdılar. Peraşki verdilər ki, 100 dollar mükafat üçün meydanın otunu “cırmaqlasınlar” – alınmadı. Axırda xəzəl kimi pul töküldü ki, gedib barı pulun hesabına nəsə edələr – yenə sıfır nəticə. Yeyən yeyir, yeməyən dartışdırır…

Amma və lakin hər zaman ağsaqqal sözüylə bütün bəlalardan nicat tapmış uca millətimizin (qoymaharaydı…) içindən yenə bir oğul tapıldı ki, ən doğru yolla aparsın yolundan azmışları. Altıncı ildi AFFA-ya ağsaqqallıq edən Rövnəq bəy o gün zülmətli keçmişdən işıqlı sabaha çıxaracaq yolu, nəhayət, bəyan etdi. Kişi onca işini-gücünü, vəzifəsini, mandatını bir kənara qoyub xəlvətə girirmiş. Bilməyən cahillərin məlumu olsun ki, xəlvətə girmək zahidlərin adətidi. Dünyanın bütün gözqamaşdıran ləzzətlərindən imtina edib müəyyən müddətə (müddət də nə müddət, 1 ay-filan olur bəzən) bir guşəyə (buna da zaviyə deyirlər) çəkilərək, ibadət, dua və zikr edərlər. Beləcə Haqq dərgahına daha da yaxınlaşmış sayarlar özülərini. Mən deyənlərin yalançısıyam, qardaş, hətta iddia da edərlər ki, məhz xəlvətdə ikən edilmiş duaların reallaşma sürəti işıq sürətindən də itidi…

Nə başınızı ağrıdım, mən əvvəl elə bilirdim ki, Abdullayev Azərbaycan futbolunu-zadı fikirləşmir. Bu sahə onunçün ən “posledni” yerlərdədi. İndi görün mən nə qədər yanılmışam. Kişi hətta dualarında da futbolumuzu düşünərkən nə qədər günaha batmışammış… Məni falaqqaya yatırsalar, hətta dalınca daşqalaq eləsələr, bəlkə günahımın kəffarəsini ödəmiş olaram. Yəni o dərəcədə fərqindəyəm etdiyim günahın ağırlığının… Bu boyda saxtakarlıq eləmişəm, həqiqəti görməmişəm. Dönə-dönə üzr istəyirəm. Lazım gəlsə, lap fırlana-fırlana da istəyərəm, nə problem var ki..?

Baxın, ey mənim kimi bəsirət gözü qapalı olan həmkarlarım, baxın və görün ki, Rövnəq bəyin gündə 3 dəfə dua etməsi artıq öz bəhrəsini vermişdir: “Neftçi” Çempionlar Liqasına darmadağınlı qələbəylə başlamışdır. Artıq hamı qələbənin qazanılmasının üsul və metodları, taktiki-texniki, maddi-mənəvi … (cütləşdirə bildiyin bütün sözləri yığ bura) yollarından danışır! Siz durub deyə bilərsiz ki, bəs o birilər? Bəs “İnter”lə “Xəzər Lənkəran”? Belə mübarək adamın duasıydısa, niyə onlar da qələbə qazanmadılar? Siz bu cür səfeh “komploteorilər” ürətə bilərsiz, türkün məsəli. Amma və lakin… Bu sahəyə az-çox bələd olan insan kimi bir açıqlama vermək məcburiyyətindəyəm. İş ondadı ki, dua və ibadət müsbət enerjidi. Təklikdə edilən duanın təsiri az, camaatla edilən duanın təsiri isə güclüdü. Misal lazımdı? Sizin yadınıza gəlməz, qədimdə toplu şəkildə yığışıb yağış duası edərdilər və nəticəsi də olardı hərdən. “Müasirski” misal da istəyirsən? Camaat namazları, cəm şəkildə ibadət edilməsi. Görmürsənmi bütün dinlər insanları toplu ibadətlərə təşviq edir? “Söz sözü çəkər” deyirlər, amma bizdə söz sözə şıllaq atıb. Rövnəq bəydən danışdığımız abzas bizdən gör neçə sətir geridə qaldı…

Hörmətli AFFA başqanının duası niyə məhz “Neftçi”yə kömək oldu məsələsi tam ayrı müzakirə mövzusudu və onu da bura qatsaq, söhbətimiz sabaha qədər uzanar. Odu ki, “qapıya” yaxınlaşıb “vida”nı etmək vaxtıdı: bizə "dərvişlər" lazımdı, ağalar, sidq-ürəkdən "dua" edən "dərvişlər". Yoxsa öz gücümüzə çətin nəsə hasil edək….

Günün riyazi sualı: 1 nəfərin “duasıyla” 1 klub mərhələ keçə bilirsə, 3 klubun mərhələ keçməsi üçün neçə nəfərin “duası” lazımdı? Bəribaşdan deyim, “sakın” riyaziyyatçılıq eləyib “3” demə…

Son yazılar

To Top