Kot-d`İuvarlı futbolçu Didye Droqba yenidən Amerikada oynaya bilər.
Korner.az-ın məlumatına görə, 39 yaşlı oyunçu ABŞ-ın 2-ci Liqasında mübarizə aparan “Fineks Raysinq” klubu ilə razılaşmağa yaxındı.
Droqba sonuncu dəfə ABŞ-ın “Monreal İmpakt” klubunda çıxış etmişdi. Yanvar ayında müqaviləsi bitdiyinə görə, hücumçu klubdan ayrılmışdı.
Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Qalatasaray”, “Marsel” kimi klublarda oynayan Didye “Monreal İmpakt” forması ilə 2 mövsüm keçirib. Təcrübəli futbolçu bu 2 mövsüm ərzində 33 oyuna 21 qol vurub.
