Didye Droqbanın yeni klubu rəsmən açıqlanıb.
Korner.az-ın məlumatına görə, afrikalı futbolçu karyerasının qürub çağında olan bir çox ulduz kimi ABŞ-a üz tutub.
O, “Montreal İmpakt”la müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
Droqbanın maaşı barədə rəsmi məlumat verilməsə də, onun bir ildə 5 milyon manat alacağı deyilir.
Qeyd edək ki, 2004-2012 və 2014-2015-ci illərdə “Çelsi”də çıхış edən 37 yaşlı futbolçu həmçinin Fransanın “Le Man”, “Genqam”, “Marsel”, Çinin “Şanхay Şenhua” və Türkiyənin “Qalatasaray” klublarında forma geyinib.
