Droqbanın vida sözləri
22.11.2018 , 19:00

“1989 və ya hər şeyin başladığı il. 20 illik peşəkar karyeramda bacardıqlarımı və daha da önəmlisi, bu macəranın məni necə formalaşdırdığını düşünmək insanı qürurlandırır”.
Bu fikirlər “Çelsi” və “Qalatasaray”ın sabiq hücumçusu Didye Droqbaya məxsusdur. Bir neçə gün öncə peşəkar karyerasını başa vuran Fil Dişi Sahili millisinin keçmiş futbolçusu bununla bağlı təəssüratlarını bölüşüb:
“Əgər kimsə sizə xəyallarınızın çox böyük olduğunu söyləsə, ona sadəcə təşəkkür edin. Arzularınıza çatmaq üçün daha çox çalışın. Həyatımın yeni səhifəsini həyəcanla gözləyirəm. Ümid edirəm ki, Tanrı futbolçu vaxtlarımda olduğu kimi yenə mənə hər şeyin ən yaxşısını bəxş edər”.
Qeyd edək ki, Droqba karyerası ərzində “Çelsi” və “Qalatasaray”dan başqa, Fransada “Marsel”, Çində “Şanxay Şenxua”, Kanadada “Monreal İmpakt” klublarının şərəfini qoruyub. 40 yaşlı veteran futbolçu son olaraq MLS-in aşağı liqasında iştirak edən və özünün də sahibi olduğu “Finiks Rayzinq” klubunda çıxış edib.
