"Çelsi"nin yeni transferi Oskarın klubunda hansı nömrəli formanı geyinəcəyi məlum olub.
Korner.az-ın məlumatına görə, gənc futbolçu "zadəganlar"ın heyətində sabiq futbolçuları olmuş Didye Droqbanın nömrəsini daşıyacaq. O, 11 nömrəli futbolka ilə mübarizə aparacaq.
Braziliyanın "İnternasional" klubundan 30 milyon avroya transfer olunan Oskarın Droqbanın yerini doldurması gözlənilir.
