İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin hücumçusu Diyeqo Kosta klubun sabiq futbolçusu Didye Droqba haqqında maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, ispaniyalı futbolçu Droqba haqda:
“Həmişə Droqbanı hücumçu kimi özümə nümunə götürmüşəm. Çox güclü və keyfiyyətli futbolçudu. Ondan bir şeylər öyrənmək üçün “Çelsi”nin oyunlarına baxırdım. Kluba transfer olunduğum zaman mənə soyuq davranmadı. Məşqlərdə mənə çox kömək edirdi. Məşhur biri idi və Fildişi Sahili millisinin heyətində oynayanda da onu izləyirdim. Onun oyununu izləmək xoşuma gəlirdi. “Çelsi”də tarix yazan biri idi. Məni saymaya bilərdi, amma o bunu etmədi. Droqba möhtəşəm idi. Həmişə ona aid gözəl xatirələrim olacaq. Onu hər görəndə təşəkkür edirəm”.
Kosta azarkeşlər haqqında da danışıb: “Azarkeşlər xüsusi dəstək verir. Oyununu tamamilə dəyişdirə bilirlər. İşlər qaydasında getməyəndə onların dəstəyinə ehtiyacımız olur. Əlavə güc verirlər. Mən həmişə qazanmaq istəyərəm”.
