“Fənərbağça”yla derbidən sonra “Qalatasaray” futbolçuları arasında paltardəyişmə otağında maraqlı dialoqlar yaşanıb.
Korner.az-ın məlumatına görə, penlati zərbəsini qaçırdığına görə bir neçə futbolçu Melonu tənqid edib və onu ciddiyətsizlikdə günahlandırıb.
Droqba isə müdaxilə edərək komanda yoldaşlarını tənqid edib: “Terimin vaxtında belə şeylər olmurdu. Nə dəyişib axı? Əvvəl səsiniz çıxmırdı. Belə olmaz. Bir-birimizə dəstək olub çətinliklərin öhdəsindən gələcəyik”.
