İngiltərənin "Çelsi" klubunun aparıcı futbolçusu Didye Qroqba komandadan ayrılacağını bildirib. Korner.az-ın məlumatına görə, “France Football” bu barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, bu haqda kot divuarlı hücumçu komanda yoldaşlarını məlumatlandırıb.
O, karyerasını Çin təmsilçisi “Şanxay Şenxua”da davam etdirə bilər. Bu komandada Droqbanın keçmiş həmklubu Nikolya Anelka çıxış edir. 34 yaşlı forvardın “Çelsi” ilə müqaviləsi Çempionlar Liqasında final matçının keçirildiyi mayın 19-da başa çatıb.
Qeyd edək ki, Didye Droqba “Çelsi”də 2004-cü ildən çıxış edir.
