Mövsümün sonunda futbolçu karyerasını bitirib “Çelsi”də məşqçiliyə başlamağı planlaşdıran Didiye Droqba vəliəhdini müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, Droqba yerini dolduracaq futbolçunun “Suonsi”nin mərkəz hücumçusu Vilfrid Boni olduğunu söyləyib.
36 yaşlı Droqba bildirib ki, Boni ilə yanaşı, heyətə Dieqo Kostanın da qatılması komandanın gücünə güc qatar.
