“Qalatasaray” Uesli Sneyderdən sonra daha bir superulduzu heyətinə cəlb edib.
Korner.az-ın məlumatına görə,“cim-bom” Çinin “Şanxay Şenxua” klubunda çıxış edən Didye Droqba ilə anlaşıb. Avropaya dönmək istəyən kot d’ivuarlı forvardla danışıqlar müsbət nəticələnib və Droqba 1,5 illik müqaviləyə qol çəkməyə razılıq verib.
Qeyd edək ki, o, hazırda Afrika Millətlər Kuboku turnirində iştirak edir və turnir başa çatdıqdan sonra Türkiyəyə gələcək.
