"Qalatasaray"ın prezidenti Ünal Aysalın müşaviri Bülent Tulun komandanın supertransferi Didie Droqba haqda danışıb.
Korner.az-ın məlumatına görə, "sarı-qırmızılılar"ın rəsmisi Droqbanın necə bir xasiyyətə malik olduğunu dilə gətirib:
"Droqbanın 35 yaşı olmasına baxmayaraq məşqdən sonra tək qalaraq hazırlıq keçir. O, hətta ona təklif olunan lüks evlərdən imtina edərək Floryada yaxınlığında bir yerdə qalmağı seçib. Möhtəşəm karyerasının olmasına baxmayaraq kaprizlərdən uzaq biridi".