Çinin "Şanxay Şenhua" klubu "Qalatasaray"ın Didye Droqba ilə müqavilə bağlaması xəbərinə kəskin etiraz edib.
Korner.az-ın məlumatına görə, Çin klubu rəsmi internet saytı vasitəsilə məlumat yayaraq, bu müqavilənin qaydalar çərçivəsində olmadığını bildirib:
"Droqbanın bizlə müqaviləsi davam edir və başqa bir klubla müqavilə bağlaya bilməz. Biz məsələylə bağlı FİFA-ya müraciət edəcəyik".
Qeyd edək ki, Droqba keçən il iyul ayında "Şanxay Şenhua" klubuyla 2.5 illik müqavilə bağlayıb.