“Qalatasaray”ın keçmiş futbolçusu Didye Droqba “Cim Bom”da birlikdə çalışdığı Fatih Terim haqqında gözlənilməz açıqlama verib.
Korner.az-ın məlumatına görə, kot d`ivuarlı forvard Terimlə münasibətlərinin qaydasında olmadığı və baş məşqçinin ona mənfi jest göstərməsini önə çəkib:
“Fatih Terim ilə ünsiyyət qurmaq çətin idi. İstefasını mənimlə əlaqələndirib. Məni azarkeşlərin qarşısına atır. Elə zənn edir ki, klub prezidenti ilə görüşdüyüm üçün onu göndəriblər. Hər kəs məni ünsiyyətcil insan kimi tanıyır.
