“Qalatasaray”ın hücumçusu Didide Droqba “Fənərbağça” ilə derbidən sonra maraqlı bir foto yayımlayıb.
Korner.az-ın məlumatına görə, 19-cu çempionluğunu bayram edən “Cim-Bom”un 35 yaşlı futbolçusu yayımladığı foto ilə birgə maraqlı bir açıqlama da verib:
“Hər kəs “Şükrü Saracoğlu”nun cəhənnəm olacağını deyirdi. “Qalatasaray”lı azarkeşlər üçün məyusam, çox sıxıcı oyun idi. Yalnız şənbə günü gəlin və azarkeşin, stadionun necə cəhənnəm olduğunu izləyin”.