“Fənərbağça” ilə derbiyə hazırlaşan “Qalatasaray”a Droqbadan pis xəbər gəlib.
Korner.az-ın məlumatına görə, Çempionlar Liqasında «Çelsi»yə qarşı oyunda zədələnən və o zamandan meydana çıxmayan afrikalı hücumçu yenə də məşqə çıxmayıb.
Onun zədəsinin ciddiliyini saxlaması baş məşqçi Roberto Mançininin də planlarını pozub. Droqbanın derbiyə kimi məşqə çıxdığı təqdirdə belə ehtiyat oyunçular skamyasında oturacağı dəqiqləşib.
