"Çelsi"nin forvardı Didye Droqbanın Çinin “Şanxay Şenxua” klubuna keçidi rəsmiləşib. Korner.az-ın məlumatına görə, bu barədə klubun sahibi Çju Cun “France Presse” agentliyinə açıqlama verib.
Kot d İvuar milli komandasının da şərəfini qoruyan Droqba yeni klub ilə müqavilə bağlayıb.
Çin mətbuatının yaydığı digər xəbərdə isə, hücumçunun həftəlik qazancının 314 min avro olacağını bildirilir. Əvvəllər bu kluba “Çelsi”nin digər forvardı Nikolya Anelka keçib. Jan Tiqananın baş məşqçi postundan istefasından sonra Anelka bir müddət komandanın sükanı arxasında olub. Hazırda bu vəzifəni Argentina yığmasının sabiq baş məşqçisi Serxio Batista tutur.
Qeyd edək ki, Çin çempionatında 13 turdan sonra “Şanxay Şenxua” 14 xalla 12-ci pillədə qərarlaşıb.
