Dünya Futbolu

Droqba “Çelsi”yə qayıtdı

05.09.2018 , 12:43

“Çelsi”nin sabiq hücumçusu Didye Droqba London klubuna qayıdıb.

Afrikalı forvard “zadəganlar”ın titul sponsoru “Yokohama Tyres”in səfiri təyin edilib.

Layihə çərçivəsində Droqba Fransa, Hindistan, Malayziya, Portuqaliya, İspaniya və Vyetnama yollanaraq orada “Çelsi”nin azarkeşləri, eləcə də “Yokohama”nın müştəriləri ilə görüşəcək.

Qeyd edək ki, 40 yaşlı veteran futbolçu 2004-2012 və 2014-2015-ci illərdə “Çelsi”də çıxış edib.

Son yazılar

Yuxarı