Perunun UTC klubunun "Droqba" ləqəbli hücumçusu Karrillo götürdüyü ayamanın onu bəzən çox sıxdığını deyib.
Korner.az-ın məlumatına görə, qoleador kot d`ivuarlının adını ləqəb kimi götürməsinin onu ölkədə çox tanıtdığını, ancaq bu məşhurluğun getdikcə başına dərd olduğunu bildirib.
Droqba ilə eyni yaşda – 35 – olan Karrillo xüsusilə küçədə gəzərkən insanların onu narahat etməsindən şikayətlənib: "Məni "Droqba" deyə çağırırlar. Artıq, demək olar, öz adımı unutmuşam. Bu məşhur futbolçunun adının mənə verilməsiylə mən də məşhurlaşdım, üzümə qapılar açıldı. Buna görə xoşbəxtəm. Ancaq zaman-zaman bu səbəbdən problemlər yaşayıram. Bir də görürsən, küçədə saxlayıb deyirlər: "Ey "Droqba", gəl şəkil çəkdirək", "Lütfən, bir imza ver". Bu durum bəzən çəkilməz hala gəlir və çox sıxılıram".
