“Borussiya” (Dortmund) baş məşqçisini dəyişib. Ardıcıl 8 oyun davam edən qələbəsizliyin ardından Peter Boş istefaya göndərilib.
Hollandiyalı mütəxəssisi “Köln”ün sabiq baş məşqçisi Peter Ştyoger əvəzləyib. Avstriyalı mütəxəssis və köməkçiləri ilə müqavilə 30 iyun 2018-ci ilədək nəzərdə tutulub.
Peter Ştyogerin ilk iş yeri elə “Köln” olub. 51 yaşlı baş məşqçi Bundesliqada 14 oyunluq qələbəsizlikdən sonra qovulub. Peter Boş isə “Borussiya”ya iyundan rəhbərlik edirdi. 54 yaşlı mütəxəssis əvvəllər Hollandiya “Ayaks”ında çalışıb.
