Dorinel Muntyanunun agenti Leonid İstrati müştərisinin Rumıniya yığmasının baş məşqçisi olmaq təklifini rədd etdiyini bildirib.
Korner.az-ın məlumatına görə, İstrati bunları bildirib:
“Bu gün Rumıniya Futbol Federasiyası Dorinel Muntyanuya Angel İordanesku ilə birlikdə millini çalışdırmaq təklifini irəli sürdü.
Bu təklif cəlbedici olsa da, rədd cavabı verdik. Çünki Muntyanunun Qəbələ ilə müqaviləsi var”
