“Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdir. Düşündüyümüz oldu”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Dorinel Munteanu Premyer Liqanın 10-cu turunda qalib gədikləri “Araz Naxçıvan”la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis komandasının bu oyunda layiqli qələbə qazandığını bildirib: “Araz Naxçıvan”ın itirəcəyi bir şey yoxdur. Belə rəqiblər təhlükəli olur. Bütün bunlara baxmayaraq, biz 3 xal qazana bildik. Layiqli qələbə qazandıq. Oyun həyəcanlı keçdi. Əgər biz əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq, oyunu sakit izləyə bilərdik”.
