“Bilirdik ki, oyun çətin keçəcək. Çünki “Sumqayıt” qısa bir zamanda liderliyə yüksəlmişdi. Düşünürəm ki, ilk hissədə “Sumqayıt”ın bir şansı oldu və bundan yararlandı. İki fərqli hissə izlədik. Komandam ikinci hissədə xarakter göstərdi və qələbə qazandı”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”la oyundan (3:1) sonra deyib.
O, komandasının qələbə münasibəti ilə təbrik etdiyini söyləyib.
“Ekiqo bu gün yaxşı oynadı. Ehtiyatda oturan futbolçu meydançaya çıxdıqdan sonra məhz belə oynamalı idi. Qol ötürməsi verdi, qol vurdu. Oyuna fəal qoşuldu, hərəkətlilik yaratdı” – deyə D.Mantyanu bildirib.
