Topaz Premyer Liqasının 7-ci turunun son oyunu Qəbələdə baş tutub.
Korner.az-ın məlumatına görə, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu 1-1 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin baş məşqçisi Dorinel Muntyanu oyunla bağlı bunları deyib:
“Biz oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Oyuna yaxşı köklənmişdik. Hər şey yaxşı gedirdi, qol vurduq. Lakin qol vurduqdan sonra köklənmə ilə bağlı problem oldu. Daha sonra rəqib səhvimizdən yararlanıb, qapımıza yol tapdı. İki xal itirdiyimizə görə çox pərt olmuşam”
