Topaz Premyer Liqasının 12-ci turunda AZAL-ın qonağı olan “Qəbələ” 1 xal qazandı.
Korner.Az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu oyundan sonra öz fikirlərini bildirib:
“Biz oyuna yaxşı hazırlaşmışdıq. Bu gün hər iki hissədə topa nəzarət edən tərəf biz idik. Düşünürəm ki, biz xalı rəqibə hədiyyə etdik. Rəqib standart vəziyyətlərdən yararlandı. Təəssüflənirəm ki, qələbə qazana bilmədik”.
