"Finala yüksəlmək çox istəyirik. Ancaq bunun üçün ilk oyunda göstərdiyimiz performansı "Nou Kamp"da da davam etdirməliyik. Əgər finala yüksəldiyimizi düşünürüksə bu bizə baha başa gələ bilər. Dörd qolluq fərqi azalda biləcək tək komanda "Barselona"dı".
Korner.az-ın məlumatına görə, bu sözləri "Bavariya"nın futbolçusu Aryen Robben deyib.
Mühnehn təmsilçisinin hollandiyalı futbolçusu ÇL-in yarımfinal mərhələsinin "Barselona" ilə cavab qarşılaşmasında erkən qolun onları rahatlaşdıracağını bildirib
"Diqqətli olmalıyıq. Əgər bir qol vursaq gərək "Barselona" bizə altı qol vursun. Belə olan hal da biz oyunun "ipi"ni əlimizdə saxlamalıyıq".
