“Milan” Canluici Donnarumma ilə müqaviləni uzadacaq.
Tərəflər artıq razılığa gəliblər. Bu barədə məlumatı “Milan”ın baş direktoru Marko Fassone verib. Klub rəsmisinin sözlərinə görə, İtaliya millisinin üzvü ilə tezliklə müqavilə bağlanacaq.
Qeyd edək ki, 18 yaşlı qapıçı “Milan”ın yetirməsidir.
