Donnarumma A Seriyasının tarixinə düşdü
10.12.2018 , 14:24

“Milan”ın qapıçısı Canluici Donnarumma İtaliya A Seriyası tarixinə düşüb.
15-ci turda “Torino” ilə keçirilən matçda da qapını qoruyan Donnarumma, A Seriyasında ardıcıl 121-ci oyununa çıxıb.
Sözügedən qarşılaşmada sona qədər meydanda qalan 19 yaşlı qolkiper, 100 oyun əvəzlənmədən meydanda olan ilk qapıçı kimi A Seriyasının tarixinə düşüb.
Qeyd edək ki, “Milan” – “Torino” matçı qolsuz bərabərliklə başa çatıb.
