İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti” Canluici Donarummanın transferinə yaxındı.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, “şəhərlilər” qolkiperi 35 milyon avro qarşılığında transfer etmək niyyətindədir.
Gənc qapıçı ilə “Milan” klubu arasında yeni müqavilə ilə bağlı hələ ki, razılığın əldə olunmadığı qeyd edilir.
Xatırladaq ki, “çərçivə qoruyucusu”nun İtaliya təmsilçisi ilə müqaviləsinin birməsinə 1 il var.
