Çempionlar liqası

Donald Gerye: “Daha çox güc sərf etsək, mərhələni adlayacağıq”

08.08.2018 , 11:32

“Doğma meydndakı üstünlükdən maksimum yararlanmağa çalışsaq da, alınmadı.  Bir qol oyunun taleyini həll etdi.  İndi üstünlük rəqibin tərəfində olsa da, hələ heç nə başa çatmayıb”. Bu sözləri “Qarabağ”ın futbolçusu Vild-Donald Gerye Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə BATE-yə minimal hesabla məğlub olduqları oyunu dəyərləndirərkən deyib.

Haitili futbolçu ümidlərini üzmədiklərini, mərhələ adlamaq üçün şanslarının olduğunu söyləyib: “Qeydə alınan hesab ümidimizi üzmək üçün ciddi nəticə heyil.  Qarşıda bizi 90 dəqiqə gözləyir.  Bundan maksimum yararlanmalıyıq. BATE Bakıda qələbə qazanmağı bacardısa, eyni nətiəcəyə biz də səfərdə ima ata bilərik”.

Gerye BATE-nin təəccüblü heç nə ilə yadda qalmadığını, rəqibin ani səhvdən sonra qol vurduğunu bildirib: “Düzü, rəqib məni heç nə ilə təəccübləndirmədi. Güclü komanda olduqlarını bilirdik.  Biz heç də onlardan zəif deyilik.  Sadəcə, qol imkanlarını dəyərləndirə bilmədik.  Xüsusən də ikinci hissədə xeyli şanslarımız oldu.  İlk yarıda ehtiyatlı oynamağımız hesaba görə idi.  Böyük qüvvə ilə irəli atılmaq riskli ola bilərdi.  Ona görə də ehtiyatı əldən vermirdik.  Fasilədən sonra isə bütün komanda ilə hücum edirdik.  Belədə, onlar müdafiəyə çəkilməyə məcbur oldular”.

Cinah futbolçusu rəqibin ucaboylu müdafiəçilərinin olmasına baxmayaraq, cinahlardan hava ötürmələrini çox etmələrinə aydınlıq gətirib.  O, qol vurmaq üçün bütün mümkün variantlardan istifadə etdiklərini dilə gətirib: “Bunun özü də qol vurmaq yönündə cəhddi. Futbolda elə bir qayda yoxdu ki, rəqib futbolçular ucaboydu deyə, asma etməməlisən. Əksinə, havca ötürmələri onları həyəcanlandırırdı.  İstər-istəməz təzyiq atında qalırdılar.  Bilmək olmaz, top hansısa futbolçularına dəyib qapıya daxil ola bilərdi, yaxud birinin ayağından çıxıb bizim oyunçuya düşərdi.  Yəni, qol vurmaq üçün bütün mümkün variantlardan istifadə etməyə çalışırdıq.  Komanda yoldaşlarıma inanıram. Daha çoxc sərf etsək, mərhələni adlayacağıq”.

Son yazılar

Yuxarı