Futbol

Dominik Livakoviç: “Kimdənsə qorxmağın mənası yoxdur”

09.09.2019 , 18:30

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç ölkəsinin mətbuatına müsahibə verib.

Korner.az xəbər verir ki, qolkiper Azərbaycanla keçirəcəkləri oyun barədə danışıb.

– Slovakiya ilə oyun sizə əlavə güc verib?

– Bəlkə də, xalqımızın çoxu Slovakiya ilə səfər oyunumuza təəccübləndi. Çünki bu oyundan ehtiyatlanırdıq. İlk dəqiqədən sona qədər yüksək ritmli matç keçirdik və güclü olduğumuzu göstərdik. Ancaq biz eyni şeyi Azərbaycanda göstərməsək, bu, heç nəyə dəyməyəcək. Bu qələbə bizə əlavə motivasiya verdi. Eyni zamanda mənfi fikirlər aradan qalxdı. Yaxşı oyun sizi göylərə qaldırır, pis nəticə isə dərhal düşündürür. Bu təzyiqə nə qədər tez alışsaq, o qədər yaxşı olacaq.

– Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçi necə xatırlayırsınız?

– Uzun müddətdir onunla çalışmıram. Ancaq xeyli vaxt Slaven Biliçlə millidə və klublarda çalışmış üst səviyyəli mütəxəssisdir. Bunlar möhtəşəm göstəricidir. Səviyyəli məşqçi olmasaydı, millini çalışdırmazdı.

– Robert Prosineçkinin dönəmində Azərbaycan Xorvatiya ilə heç-heçə etmişdi. Bu nəticənin təkrarlanmasından qorxmursunuz?

– Heç bir şeydən qorxmuram. Biz dünya ikinci olmuşuq, Xorvatiyayıq. Kimdənsə qorxmağın mənası yoxdur. Özünü sübut etmək istəyən rəqibə hörmətlə yanaşıram, ancaq qorxu bizim üçün naməlum sözdür. Splitdə Macarıstanla oyunda Avropa çempionatına vəsiqəni təmin etmək üçün Bakıda daha üç xal qazanmalıyıq.

– İlk oyunda Azərbaycan Xorvatiyaya çətinlik yaşatdı. Bu, sizin üçün xəbərdarlıq ola bilər?

– İlk oyun məncə də, xəbərdarlıqdır. Amma məsləhətlər və qorxu barədə mənim üçün danışmaq çətindir. Trnavada Slovakiyaya qarşı oyunu təkrarlamağa çalışacağıq. Yekunda hər şey özümüzdən asılıdır.

Son yazılar

Yuxarı