big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Domaqoy Vida: “Maksimum güclə oynamalıyıq”

08.09.2019 , 19:40

Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vida Avro-2020-nin seçmə mərhələsində millimizlə sabah keçiriləcək oyunöncəsi təşkil edilən mətbuat konfrasnında jurnalistlərin suallarını cavablandırıb.

– Azərbaycan millisinə qarşı hazırlıq necə keçdi?
– Çox vaxtımız olmayıb. Dünən bura gəlmişik. Rəqibin son oyununu təhlil etmişik. Son məşqimiz olacaq. Taktiki hazırlıqla bağlı sualları yəqin ki, baş məşqçimiz cavablayacaq.

– Bir neçə il əvvəl Bakıda Azərbaycanla qolsuz heç-heçə etmişdiz. İndi bu rəqibi necə görürsüz?
– Bəli, həmin zaman oynamışdıq. Çətin olmuşdu. Bu tsikl ilk matç da asan keçmədi. 0 xal Azərbaycanın real gücünü göstərmir. Rəqibin yaxşı futbolçuları var. Azərbaycana hörmət edirik. Maksimum güclə oynamalıyıq. Uels və Slovakiyaya qarşı çıxış etdiyimiz kimi oynasaq, yaxşı nəticə qazana bilərik.

– Sabahkı oyunda Azərbaycan millisinin qələbəsi sürpriz olacaq?
– Biz dünya reytinqində ikinciyik. Favoritik və bura qələbə üçün gəlmişik. Ancaq rəqibə hörmət edirik. Əgər Slovakiyaya qarşı oyunu göstərə bilsək, qələbə qazanacağıq.

– Slovakiyaya qarşı dünya çempionatından sonrakı ən yaxşı oyunu keçirdiz. Necə düşünürsüz?
– Bəli, mən bununla razıyam. Özüm də dünya çempoionatında oynamışdım. Ancaq sabah bizi vacib görüş gözləyir. Baş məşqçi bizi hazırlayır ki, keçmişlə yox, gələcəklə yaşayaq.

– Yəqin ki, Azərbaycan millisinin Uelslə oyununu izləmisiz. Komandada hansı futbolçuiları xüsusi qeyd edə bilərsiz?
– Biz bütün oyunu izləməmişik. Sadəcə, bəzi epizodlara baxmışıq. Həmin matçda Azərbaycan millisinin bəxti gətirmədi. Biz ilk növbədə özümüz haqda düşünməliyik. Qələbə üçün daha vacib məqam budu.

– Avropa Çempionatının bir neçə oyunu Bakıda keçiriləcək. Vəsiqə qazansaz, burda oynamaq istəyərsiz?
– Buna çox uzun müddət qalıb. Bakı gözəl şəhərdi. Ancaq biz əvvəlcə sabah qələbə qazanmalıyıq. Daha sonra isə əsas mərhələyə vəsiqə qazanmalıyıq. Həmin vaxt bu barədə düşünə bilərik.

Son yazılar

To Top