Məşhur basketbol ulduzu Jilbert Arenas 100 dollarlıq əskinasları tualet kağızı kimi rulon halına gətirərək şəxsi instaqram hesabında paylaşıb.
Korner.az-ın məlumatına görə, amerikalı basketbolçu fotonun altında bu sözləri yazıb:
“Pul insanı deyil, əskikləri dəyişər. Varlı insanın heç vaxt bank soyduğu görülməyib. Siz mənim həyatıma nifrət edirsiz, mən də arxamı bununla silirəm, ha-ha-ha”.
Qeyd edək ki, 3 dəfə “All Star” seçilmiş Arenasa Amerika cəmiyyətində böyük nifrət var. Bunun səbəbi ona layiq olmadığı halda külli miqdarda pul verilməsidi. 2008-ci ildə “Vaşinqton Vizard”la 111 milyon qarşılığında 6 illik müqavilə imzalayan basketbolçu, bu klubda 2 il keçirdikdən sonra “Orlando Mecik”ə verilmiş, 2011-ci ildə isə bu klubdan göndərilmişdi. onun son qazancı 20 milyon olub. Maraqlıdı ki, o bu qədər pulun müqabilində ötən mövsüm bir oyunda belə iştirak etməyib.
