“Joinvill” mənim üçün yeni futbol təcrübəsi olacaq. Braziliyaya qayıtmağı çoxdan arzulayırdım”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq kapitanı Luis Hilario Dodo deyib.
Braziliyalı yarımmüdafiəçi ölkəsinin B seriyasında çıxış edən “Joinvill” klubu ilə müqavilə bağlayıb. Dünən isə ikinci liqa təmsilçisi Dodonun təqdimat mərasimini keçirib.
Dodo Braziliyaya qayıtmaqdan məmnunluğunu dilə gətirib:
“Son illərdə Avropa ölkələrində oynadım. Amma idmançı kimi Braziliyada yetişmişəm. Hələ də öyrənəcəyim şeylər var. Braziliyaya qayıtdığım üçün şadam. “Joinvill” rəhbərliyi klubun qapılarını mənim və ailəmin üzünə açdı”.
