Azərbaycan Premyer Liqasının 7-ci turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” məşqlərini doğma məkanda keçirir.
Ötən tur “Neftçi” ilə (0:0) oyundan sonra qısa istirahət edən “Qəbələ” sentyabrın 24-dən məşq prosesini bərpa edib. Məşqlərdə iki futbolçu – zədəsi olan Volodimir Levin və Dodo iştirak etmirlər.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı sentyabrın 28-i saat 19:00-da başlayacaq. Görüş “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
