"Qələbə qazandığımız üçün özümü çox xoşbəxt hiss edirəm. Uzun zaman idi ki, yaxşı oyun nümayiş etdirsək də, qələbə qazana bilmirdik. Yeni baş məşqçinin gəlişindən sonra həm fiziki, həm də psixoloji cəhətdən inkişaf edirik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun hücumçusu Dodo klubun rəsmi saytına açıqlamasında deyib.
Əyalət təmsilçisinin futbolçusu "Neftçi" ilə oyuna kökləndiklərini bildirib: “Qarabağ” üzərində qələbə özünəinamımızı bərpa etdi. Komanda olaraq yaxşı çıxış etdik və layiq olduğumuz qələbəni aktivimizə yazdıq. Artıq bu oyunu unudub növbəti qarşılaşmaya – “Neftçi” ilə matça köklənmişik. Rəqibimiz güclü olsa da, yalnız qələbə barədə düşünürük. İnanıram ki, bu oyunda da istədiyimiz nəticəni əldə edib uğurlu seriyanı yaxalayacağıq”.
