Dodo “Qəbələ”yə qayıdır
26.12.2018 , 15:47

“Qəbələ” sabiq futbolçusu Dodonu baxışa dəvət edib.
Bu barədə komandanın meneceri Səbuhi Səfiyarlı Sportal.az saytına açıqlamasında deyib. Braziliyalı futbolçu komandanın Antalyadakı təlim-məşq toplanışında iştirak edəcək. 31 yaşlı hücumameyilli yarımmüdafiəçinin performansı baş məşqçi Sənan Qurbanovu qane etsə, transfer rəsmiləşəcək.
Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”dan ayrılandan sonra Braziliyanın “Joinvil” və Yunanıstanın AEL klublarında çıxış edib.
