“Qəbələ”nin kapitanı Luis Hilario Dodo Braziliya KİV-lərinə açıqlamasında əyalət klubu ilə Azərbaycan Kubokunu qazanmaq istəyini bildirib.
Həmçinin o, mövsümün sonunda müqaviləsini uzadıb-uzatmayacağı barədə suallara cavab verib: “Ölkə Kubokunda “Neftçi” səddini aşıb Avropa Liqasına getmək istəyirik. Əgər bunun öhdəsindən gələ bilməsək bizim üçün faciə olacaq. Klubdakı gələcəyim barədə isə onu deyə bilərəm ki, mövsümün sonunda “Qəbələ” ilə olan müqaviləm başa çatır. Hələ ki, müqaviləmi artırıb-artırmayacağıma qərar verməmişəm. Klub rəsmiləri ilə də bu barədə danışmamışıq. İnanıram ki, qarşımıza qoyulan məqsədə çatandan sonra bu barədə söhbət edəcəyik”
