“Neftçi” ilə oyunun ağır keçəcəyini düşünürəm. Bu görüşdə qələbə qazanaraq uğurlu seriyaya imza atmaq və Avropa Liqasına vəsiqəni təmin etmək istəyirik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Dodo deyib.
Braziliya mətbuatına danışan futbolçu Premyer Liqanın 32-ci turunda qarşılaşacaqları “Neftçi” ilə görüşdə onları yalnız qələbənin qane edəcəyini bildirib: “Neftçi” ilə oyunda qələbə qazanmaq asan olmayacaq. Lakin bizə 3 xal lazımdır. Əgər qalib gəlməsək, işimizi çətinə salacağıq ki, bu da komanda üçün pis nəticələnə bilər”.
