“Qəbələ”nin braziliyalı futbolçusu Dodo maraqlı fikirlərlə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, o, yeni arzu ilə yaşadığını deyib.
Ölkəsinin mətbuatına açıqlmasında bunları qeyd edib:
“Avropa Liqasındakı çıxışımızdan sonra yeni arzu ilə yaşayıram. Klub rəhbərliyi ilə birgə əsas hədəfimiz çempionluqdur. Hazırda, 1-ci pillədən bir qədər uzaqlaşsaq da, fasilədən sonra əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Biz bu uğurun arzusu ilə yaşayırıq”.