Dodağından öpdü, futboldan uzaqlaşdırıldı
30.10.2023 , 23:16

İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.
Korner.az xəbər verir ki, bu barədə FİFA-nın İntizam Komitəsi qərar qəbul edib.
Buna səbəb Rubialesin mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Hermosonu dodağından öpməsi olub.
