Avropa Liqasının qrup mərhələsinin III turunda sabah axşam “Qarabağ”ı qəbul edəcək “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, Ukrayna mətbuatına danışan təcrübəli mütəxəssis “Qarabağ”ın yaxşı formada olduğunu bildirib:
“Komanda ilk olaraq evdə “Sent-Etyen”lə 0:0 bərabərə qaldı. Hərçənd oyuna görə “Qarabağ” qələbə qazanmalı idi. Daha sonra səfərdə “İnter”ə məğlub oldu. Milan təmsilçisinin həmin oyunda böyük üstünlüyü yox idi. “Qarabağ”ın çoxlu braziliyalı futbolçular çıxış edir. Bu komandanın iki fərqli heyəti var: Onlardan biri ölkə çempionatında, digəri isə Avropa Liqasında oynayır. Rəqibimiz Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın güclü “Tvente” klubunu mübarizədən kənarlaşdırdılar. Bu onların hazırda yaxşı formada olmasından xəbər verir.”
